XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2016 - 14:41

Nəqliyyatda gediş haqları artırılacaq? – Tarif Şurasından açıqlama

neqliyyatTarif Şurası “Bakı Metropoliteni” QSC də daxil olmaqla, ictimai nəqliyyatda gediş haqlarının artırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev APA-ya açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib: “Tarif Şurasına metro və ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı müraciət daxil olmayıb. Hazırda gediş haqqının dəyişdirilməsi məsələsi Tarif Şurasında müzakirə olunmur”.