XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2018 - 18:06

SALAHIN ŞİFRƏLİ “TVİT”İ İLƏ BAĞLI MÜBAHİSƏLƏR:misirli futbol ulduzu Kadırovun badına gedib

Kamil Əhməd

“Middle East Eye”

 

Dünya çempionatında onun üz-gözünü büzüşdürməsi və göz yaşlarına şahid olduq, lakin Misirin ulduz oyunçunun ticarət nişanı – gülərüz üzünü nadir hallarda gördük. Halbuki DÇ Məhəmməd Salah üçün fövqəladə mövsüm tək yadda qalmalı idi.

Onun Mundialda məhdud iştirakı aldığı zədə və daxili siyasətin kölgəsinə çəkilib. Amma atdığı “tvit”lə Salah hələ də gündəmdən düşmür.

“Bəziləri düşünə bilər ki, vəssalam, hər şey bitdi, amma bitməyib. Bəzi dəyişikliklər gözlənilir” – deyə Salah iyunun 2-də yazıb.

“Tvit”in mənası dərhal anlanılmayıb.

Bəzilərinin gümanına görə, zamanla dəyişikliklər üzə çıxacaq. Rusiya turnirin favoritlərindən biri olan İspaniyanın çempionatdan kənarlaşdırılmasından sonra “tvit”in buna işarə etdiyini düşünənlər olub. Çünki may ayında Çempionlar Liqasının final görüşündən bəri Salahın Serxio Ramosa yönəlmiş qəzəbi vardı.

Lakin dəyişiklik çağırışı möhtəkirlikdir. Salahın mesajı Misir Futbol Assosiasiyası (FA) ilə gərginliyin davam etməsinə işarədir.

Ramzan Kadırov – insan haqlarının pozulmasında ittiham edilən çeçen liderlə yanaşı təsvir edildiyindən həm Misir, həm də “Liverpool” oyunçusu siyasi mübahisəyə cəlb olunub.

Salah mətbuatda özü üçün pozitiv, müsbət şöhrət qazanıb. Lakin Səudiyyə Ərəbistanı ilə matç ərəfəsində improvizəli mərasimdə Kadırovdan Çeçenistanın fəxri vətəndaşlığını aldıqdan sonra Salah tənqid hədəfi olub.

O vaxt Salahın gizli agenti Rami Abbas İsa “tvit” yayıb: “Tüstü”.

Bundan dərhal sonra Çeçenistanın paytaxtı Qroznıda Misir yığmasının təlim-məşq bazasını olduğu üçün Salahın milli komandanı tərk etməyi düşündüyü barədə xəbərlər dövriyyə girib.

Bir mənbə CNN-ə bildirib ki, Kadırovun imicini gücləndirmək üçün istifadə olunduğuna görə Salah qəzəblənib.

Mübahisələr əvvəlki qovğalarla güclənib. Belə ki, Salahın Misir FA ilə mübahisəsi vardı. Odur ki, sonda hökumət onun imicinə olan hüquqların istifadəsinə müdaxilə etməli oldu.

Misir FA Salahın təlim düşərgəsi ilə bağlı heç bir problemi olmadığını bildirərək, Çeçenistanın paytaxtı Qroznıdakı komandanın siyasi əlaqələr barədə iddiaları rədd edir.

Salah Çempionlar Liqası finalında uğradığı çiyin zədəsinə heç bir şərh vermir, lakin oynadığı oyunlarda bundan əziyyət çəkməsini “bədən dili” ilə oxumaq mümkündür.

Əslində, Misir millisində vahid komandanın yoxluğu Salahın “tweet”-inin əsas məğzidir.

Sosial media istifadəçiləri tərəfindən tənqidlər davam etdiyindən Salahın agenti şikayətlərin axınını dayandırmağa çalışır.

 

Tərcümə: Strateq.az