XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2018 - 08:59

Göyçayda Nar bayramı keçirilib –(Fotolar)

Builki Nar festivalında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları da iştirak edib. 

Strateq.az AZƏRTAC-a istinadən xəbər verir ki, festival iştirakçıları günboyu nar məhsullarının sərgi-yarmarkasına baxıb, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış ediblər. Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçirilib. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxıb, ən böyük nar nümayiş olunacaq.

Noyabrın 4-də isə Heydər Əliyev parkında nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunub, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdirilib.

Qeyd edək ki, müxtəlif turizm şirkətləri noyabrın 3-4-də Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olacaq, bayram tədbirinə qatılacaq, satış-yarmarkalarında nar məhsullarının dadına baxmaq və onları almaq imkanı qazanıblar.