XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2019 - 09:59

Qubada ailə faciəsi:ərindən 4 gün sonra intihar etdi

Yanvarın 2-də Quba rayonunda intihar hadisəsi baş verib.

Strateq.az-ın Publika.az-a istinadən verdiyi məlumata görə, rayonun Susayqışlaq kənd sakini, 1972-ci il təvəllüdlü Bədirxanova Ceyran Kamal qızı yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Məlumata görə, dörd gün əvvəl, yəni dekabrın 29-da Ceyran Bədirxanovanın həyat yoldaşı – 1969-cu il təvəllüdlü Səməd Bədirxanov özünü yaşadığı evin talvarından asaraq intihar edib.

Bildirilir ki, ailədə ciddi problemlər olub. Səməd Bədirxanovun ölümündən sonra dərin psixoloji sarsıntı keçirən qadın özü də həyatına son qoyub.

Hər iki faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.