Çinin “Çanye-4” aparatı Ayın görünməyən tərəfinə uğurlu eniş edib.
Strateq.az EDnews.net-ə istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
“3 yanvar Çin vaxtı ilə saat 10:26-da “Çanye-4” aparatı Ayın görünməyən tərəfinə uğurlu eniş edib”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, bu, insanlıq tarixində Ayın görünməyən tərəfinə edilən ilk yumşaq enişdir.