XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2019 - 19:20

Bu il bölgələrdə 5 “ASAN xidmət” istifadəyə veriləcək

Bu il Azərbaycanda daha 5 “ASAN xidmət” mərkəzi əhalinin istifadəsinə veriləcək.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, il ərzində Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakən rayonlarında “ASAN xidmət” mərkəzləri açılacaq.

Bununla da “ASAN xidmət” mərkəzlərinin sayı 20-ə çatmış olacaq. “ASAN xidmət” mərkəzləri olmayan bölgələrdə səyyar “ASAN xidmət” fəaliyyət göstərir.