Venesuela Ali Məhkəməsinin hakimi ABŞ-a qaçıb.
Strateq.az “Milliyet”ə istinadən xəbər verir ki, hakim Kristian Zerpa Floridada yerli radioların birinə müsahibəsində bu barədə məlumat verib.
O, 2018-ci ilin may ayında baş tutan prezident seçkilərinin qanunsuz və qeyri-şəffaf şəkildə keçirildiyini vurğulayıb.
Venesuela Ali Məhkəməsi isə Zerpanın cinsi təcavüzdə suçlandığı üçün ölkədən qaçdığını bəyan edib.
Qeyd edək ki, yanvarın 10-da Nikola Maduro and içərək, ikinci prezidentlik dönəminə başlayacaq.
Son illərdə yüz minlərlə venesuelalı ərzaq çatışmazlığı və inflyasiya səbəbindən ölkəni tərk edib.