XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 18:06

Sabah Məhəmmədi qəsəbəsində elektrik enerjisi kəsiləcək –SƏBƏB

Sabah, saat 11:00-dan 14:30-a qədər Abşeron rayonunun Məhəmmədi qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilə yaranacaq. 

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, fasiləyə səbəb Bakı regionunun Bağlar Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində elektrik enerjisinin dayanıqlığı məqsədi ilə 110/35/10 kV-luq “Zabrat” yarımstansiyasından çıxan Məhəmmədi 1-2 EVX-lərinin əlaqələndirilməsidir. 

“Azərişıq” yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.  (Report)