XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 12:21

“ABŞ Talibanla razılığa gələ bilər” –Beynəlxalq Böhran Qrupu

Beynəlxalq Böhran Qrupu ötən həftə Birləşmiş Ştatlarla Taliban qruplaşmasının altıgünlük danışıqlarını təhlil edib.

Qurum bildirir ki, bu danışıqlar Birləşmiş Ştatların Əfqanıstandan qüvvələrini çıxarmaq niyyətini ortaya qoydu. Taliban və onun regional müttəfiqləri isə bu niyyəti bir imkan kimi görürlər:

Nəticə çıxarmağa hələ tezdir, amma Dohadan gələn siqnallar Amerikanın ən uzunmüddətli müharibəsinin sona çatacağına nikbinlik oyadır. ABŞ və NATO əsgərlərinin çıxarılması Talibanın çoxdankı tələbi idi. Həm də Doha danışıqlarında ilk dəfə olaraq Birləşmiş Ştatlar Talibanın bir şərtinə razılıq verib – digər əfqanlarla sülh danışıqlarından öncə əsgərlərin çıxarılması şərtləri üzrə ikitərəfli danışıqlar aparılmalıdır. Taliban açıq-aşkar güzəştlərə razılaşmasa da, bəzi əsas məsələlər üzrə güzəştə gediləcəyinin əlamətləri görünür. Bu danışıqların əhəmiyyəti bundan sonra nə baş verəcəyindən asılıdır: Dohada əldə olunduğu bildirilən razılaşma çərçivəsi daha geniş iştirakçılar arasında əsaslı danışıqlara apararsa, ötən həftəki danışıqların vacib dönüş yaratdığını söyləmək olar”.