XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

01 Fevral 2019 - 13:14

Qadınların qənimləri ələ keçdi- Mobil telefonları və pulları oğurlanıb

Azərbaycanda qadınlara qarşı törədilən bir sıra cinayətlərin üstü açılıb.

DİN mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yanvarın 28-də və 29-da C.Naxçıvanski küçəsində Bakı şəhər sakini olan 3 qadının çantalarından və ciblərindən mobil telefonlarının oğurlanması barədə müraciətlər daxil olub.

Müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş H.Hüseynov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 31-də Abşeron Rayon Polis İdarəsinə müraciət edən Masazır qəsəbə sakini olan qadın qəsəbə ərazisindəki xətt marşrutlarının birində içərisində 222 manatı və sənədləri olan pulqabısının çantasından oğurlandığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş B.Ağamalıyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Gəncənin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayı ərzində şəhər sakini N.Qurbanovanın bank hesabından 300 manatını çıxararaq oğurlamaqda və daha 5 qadına qarşı dələduzluq etməkdə şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov saxlanılıb.

Göstərilən faktlarla bağlı araşdırma aparılır.