XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 12:34

Azərbaycanda kinoteatrlara vaxt verildi

Kino Teatr

 

Azərbaycanda subtitrsiz film nümayiş etdirən kinoteatrlar 2 min manat məbləğində cərimələnəcək, subtitri olmayan filmlər isə dövlət qeydiyyatına alınmayacaq.

 

Strateq.az trend.az-a istinadən xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bu gün keçirilən brifinqdə deyib.

 

Onun sözlərinə görə, xarici filmlərin subtitrsiz nümayiş olunması ictimaiyyətdə narahatlıq yaradır:

 

"Filmlərin tərcüməsini təmin etmək üçün kinoteatrlarla məsləhətləşmişik. Onlara aprelin 15-dək vaxt vermişik ki, öz distribüterləri ilə danışıq aparsınlar".