XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 13:07

2 nazirlik və 1 komitə ləğv edilir – super nazirlik yaradılır

2 nazirlik və 1 komitə ləğv edilir -

 

Yaxın günlərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin ləğvi gözlənilir. 

 

Strateq.az istiqlal.az-a istinadən xəbər verir ki, bu barədə hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

 

Mənbənin məlumatına görə, ləğv edilən dövlət qurumlarının səlahiyyətləri İqtisadiyyat Nazirliyinə veriləcək:

 

"İqtisadiyyat Nazirliyinin super nazirliyə çevrilməsi nəzərdə tutulub. Hazırda işçi qrup İqtisadiyyat Nazirliyinin yeni statusu ilə bağlı sənəd üzərində işləyir. Ləğv edilən dövlət qurumlarının bəzi funksiyaları başqa qurumlara da verilə bilər. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətinin Səhiyyə Nazirliyinə verilməsi gözlənilir. Ancaq əsas funksiyalar İqtisadiyyat Nazirliyinə veriləcək."

 

Prezident İlham Əliyev müvafiq çıxışlarında 2016-cı il struktur və idarəetmə islahatlarının davam etdiriləcəyini vuğulayıb.

 

Son 1 ildə 3 dövlət komitəsi ləğv edilib:

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,

Satınalmalar üzrə Dövlət Agentliyi və

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi.