XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 18:00

Erməni deputat:"Xalq Paşinyandan gözlədiyini görmədi”

“Nikol Paşinyan və komandası bu gün üzərinə düşən öhdəliyi yerinə yetirmək üçün çalışmır. O, iqtisadi inkişafın reallaşması və proqramların icrası üçün səy göstərmir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri erməni KİV-lərinə açıqlamasında Ermənistan parlamentində “Mənim addımım” blokunu təmsil edən deputat Varazdat Karapetyan deyib. O qeyd edib ki, xalq Paşinyandan gözlədiyini görmədi: Erməni xalqına söz verilən iqtisadi inqilabın reallaşması istiqamətində iş görülmür. Bundan əvvəl olduğu kimi, yenə də ermənilər sosial vəziyyətlərinin düzələcəyini ümidlə gözləyirlər. Nikol Paşinyanın bəyan etdiyi iqtisadi inqilab isə Ermənistan vətəndaşlarının qulağında hələ ki, xoş bir arzu kimi səslənir. Varazdat Karapetyan bunu yeni hökumətin ilk uğursuzluğu kimi səciyyələndirib.