Moldova prezidenti İqor Dodonun olduğu kortej qəzaya düşüb.
Trend-in məlumatına görə, bu barədə İ.Dodon özü “Facebook” səhifəsində yazıb. Prezident qəza nəticəsində xəsarət almadığını bildirib: “Mən təhlükəsizlikdəyəm! Mənim olduğum avtomobil zərər görməyib. Yalnız təhlükəsizlik əməkdaşlarının olduğu avtomobil əzilib”.
Qəzanın digər təfərrüatları və xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.