XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

26 Fevral 2016 - 00:11

ATƏT-in Minsk qrupunun həmsədri Xocalı soyqırımı qurbanlarına həsr olunmuş tədbirdə iştirak edəcək

C.Uorlik

 

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Vaşinqtonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə iştirak edəcək.

 

Bu barədə report.az-a C.Uorlik məlumat verib:

 

"Biz Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən bütün faciələrin qurbanlarını yad etmək istəyirik. Ümid edirik ki, bu gün də artmaqda olan və aralarında dinc sakinlərin üstünlük təşkil etdiyi münaqişə qurbanlarının sayının çox olması prezidentlərin diqqətlərini danışıqlar əsasında nizamlanmaya yönəltməyə kömək edəcək", – deyə o bildirib.

 

C.Uorlik qeyd edib ki, o, Minsk qrupun həmsədri kimi öz fransalı və rusiyalı həmkarları və münaqişə tərəfləri ilə nizamlanmada irəliləyişin əldə olunması üçün işləməyə hazırdır.

 

"İndi sülhün əldə olunma vaxtıdır", – deyə o qeyd edib.