XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 11:15

UKRAYNADA PEZİDENTLİYƏ 3 ƏSAS NAMİZƏDDƏN BİRİ:"qaz şahzadəsi", qiymət artımını "soyqrımı" adlandıran Tetçer heyranı...

Mattias Uilyams, Pavel Polityuk

“Reuters”, 04.03.2019

 

Yuliya Timoşenko iki dəfə Ukraynanın baş naziri və inqilabın qlobal siması olub, iki fərqli prezident tərəfindən həbs edilib və prezident Donald Trampın sabiq menecerinin təşkilatçılığı ilə ləkələmə kampaniyasının hədəfinə çevrilib.

İndi 58 yaşlı, alovlu çıxışları və bir zamanlar kəndçi saç düzümü ilə tanınan qadın 31 martda keçiriləcək seçkidə köhnə rəqibi Petro Poroşenkonun kürəyini yerə vurmağa ümid edir.

Onun kampaniyası çətin bir balanslaşdırma aktdır, perspektivli islahatlar və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı, eyni zamanda, qazın bahalaşmasının qarşısını almağı vəd edir. BVF isə əksinə, daha çox kredit üçün məhz sonuncunu – bahalaşdırmanı əsas şərt kimi irəli sürüb.

Kremlin dəstəklədiyi lideri devirmiş, ölkəni Qərb və Rusiya ilə qanlı qarşıdurma yönünə döndərmiş Maydan etiraz nümayişlərindən beş il sonra bu qadının Ukraynaya rəhbərlik etmək şansı var.

Timoşenko orta və yuxarı yaşlı seçicilər arasında məşhurdur və qalib gəldiyi təqdirdə, pensiyaları üçqat artırmağı vəd edir. Ancaq hazırda Poroşenko ilə məzhəkəçi Volodimir Zelenski ilə eyni meydançada yarışır.

Onun ritorikası kəskin ola bilər. O, qaz qiymətlərinin artımını “soyqırımı” adlandırır. Tənqidçilər onu populist adlandırırlar. Timoşenko bunu “Poroşenkonun korrupsiyalaşmış mafiyası”nın yarlığı hesab edir.

Onun fikrincə, rəqiblər “ciddi və nüfuzlu opponentlərlə mübarizədə qara ifadələrdən istifadə edir və buna görə də, mənə “populist” damğası vururlar”.

Bir çox investor Poroşenkonun Ukraynanın Donbas bölgəsində Kremlin dəstəklədiyi separatçılarla müharibə apara-apara BVF proqramına əməl etməsindən təsəlli tapır.

Timoşenko baş nazir vəzifəsində olarkən, BVF ilə çalışma təcrübəsini göstərir, amma mövcud tənzimləmə şərtlərinin təsirsiz olduğunu söyləyir.

“Prezident seçkisindən sonra bu vəziyyəti düzəltmək üçün BVF ilə konstruktiv dialoqa başlamaq istəyirik, birgə əməkdaşlığımızı Ukrayna və ukraynalı vətəndaşların iqtisadi rifahı naminə hiss olunacaq nəticələrə gətirəcəyik”.

Sıravi insanların “bütün gəlirləri hədsiz, əsassız olaraq yüksək qaz qiymətləri ilə silinir, bu, Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün pulun qalmaması anlamına gəlir”.

Rusiyaya gəlincə, Timoşenko düşünür ki, Minsk sülh danışıqlarının şərtlərinə riayət olunmalıdır, lakin bu, Donbasda qan tökülməsinə son qoymayıb. O, həmçinin ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ilə birlikdə daha geniş danışıqlara çağırıb.

1990-cı illərin əvvəlində əsas enerji şirkətinin rəhbəri olan Timoşenko “qaz şahzadəsi” kimi tanınıb. Kremlin dostu Viktor Yanukoviçə asilik edərək o, Ukraynanın 2004-2005-ci illər “narıncı inqilab”ı dövründə dünyanın diqqətini özünə çəkib.

Prezident olanda, Yanukoviç Timoşenkonu həbs etdirib, daha sonra Trampın meneceri Pol Manafortun köməyi ilə 2012-ci ildə həbsi əsaslandıran 187 səhifəlik hesabatı açıqlayıb.

Manafort, nəhayət, xüsusi müstəntiq Robert Muellerin 2016-cı il ABŞ seçkilərinə Rusiyanın müdaxiləsinin araşdırılması işi əsasında mühakimə olunub.

Yanukoviçin Regionlar Partiyasının məsləhətçisi işləyərkən, Manafort, iddianaməyə əsasən, Timoşenkoya dair hesabat üçün gizli şəkildə 4 milyon dollar ödəniş alıb.

Timoşenko vaxt itirmədən Poroşenkonun düşərgəsindən özünə edilən hücumları qiymtlədirir. “Bilirəm ki, Manafort kimi, ən güclü əks-təbliğat maşını mənə qarşıdır”.

Poroşenkonun yaxın müttəfiqlərindən birinin oğlu ilə əlaqədar korrupsiya iddialarına görə Timoşenko fevral ayında prezidentin impiçmentinə çağırış edib. Timoşenko bunu aysberqin üst təbəqəsi adlandırır və seçildiyi təqdirdə, Poroşenkonu məhkəmə qarşısına çıxaracağını deyir.

“Suyun altında beş ildən çoxdur ki, qurulmuş bir korrupsiya piramidası var. İnanırıq ki, prezidentlik yarışında qalib gələcəyik, prezident və onun cinayətkar əhatəsi ədalət mühakiməsinə veriləcək”.

Timoşenkonun özü də eyni jurnalist şəbəkəsi olan “bihus.info” tərəfindən araşdırma mövzusu olub, partiyası kampaniya dövründə ianə mənbələrini gizlətməkdə ittiham edilib.

Timoşenko, partiyasının ianələrin sıravi seçicilərdən gəldiyini iddia edərək, müəssisələrin gizli töhfələr verdiyini etiraf edib, ancaq bunun kobud istintaqdan müdafiə üçün lazım olduğunu söyləyib.

Xanım Timoşenko Marqaret Tetçerin pərəstişkarıdır, ofisində İngiltərə baş nazirinin xatirələrinin imzalı nüsxəsini saxlayır. O, prezidentlik yarışında gücünü üçüncü dəfə yoxlayır, 2010-cu ildə Yanukoviçə və 2014-cü ildə Poroşenkoya məğlub olub.

O, Poroşenkonu əsas rəqibi olaraq görür. Ancaq dekabr ayında namizədliyini elan etdikdən sonra Zelenski də sıradan bir namizəd olmadığın təsdiqləyib.

Bəzi sorğu anketlərində reytinqinin düşməsi Timoşenkonu az narahat edir. Düşünür ki, hələ də əvvəlki kimi eyni sayda tərəfdarı var. “Sadəcə olaraq, heç bir zaman siyasətdə olmayan yeni prezidentliyə namizəd – Volodimir Zelenski var. İndi insanların heç bir siyasi sinfə aid olmayan şəxsə böyük dəstəyi var… Amma bizdən başqa heç kimin gerçək hərəkət proqramı yoxdur”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə