XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2016 - 15:58

Azərbaycanın daha bir poçt markası kolleksiyası “eBay”da satışa çıxarılıb

az marka

 

Azərbaycanın daha bir poçt markası kolleksiyası "eBay" onlayn mağazasında satışa çıxarılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən azertag.aza bildirilib ki, dünyanın ən nəhəng və milyonlarla istifadəçi auditoriyası olan "eBay"da satışa çıxarılan Azərbaycanın poçt markalarının sayı artır.

Müşahidələr göstərir ki, müxtəlif marka kolleksiyalarına maraq çoxdur. Bunun nəticəsidir ki, Azərbaycanın poçt markaları kolleksiyası "eBay" beynəlxalq internet hərracında daha baha qiymətə satışa çıxarılıb. Kolleksiyaya 1992-2009-cu illərdə buraxılan poçt markaları daxildir.

Kolleksiyanın satış dəyəri 578.23 Böyük Britaniya funt sterlinqi təşkil edir. Bu, təqribən 1264 Azərbaycan manatına bərabərdir.