XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

30 Mart 2019 - 19:24

Avstraliya milli təhlükəsizliyinin gücləndirilməsinə 570 milyon dollar ayırıb

Avstraliyanın Təhlükəsizlik və Kəşfiyyat Xidməti (ATKX) və federal polisi dövlət büdcəsindən əlavə maliyyə vəsaiti alacaq.

ONA “TASS”a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın daxili işlər naziri Piter Dattonun açıqlamasında qeyd edilir.

Onun sözlərinə, 2019-2020-ci il dövlət büdcəsində milli təhlükəsizliyin gücləndirilməsi üçün 570 milyon Avstraliya dolları (404,1 milyon ABŞ dolları) nəzərdə tutulub.

P. Datton bildirib ki, 512 milyon Avstraliya dolları Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidmətinə, 58 milyon isə polisə ayrılacaq.

O, qeyd edib ki, maliyyə vəsaiti ölkə ərazisində terror fəaliyyətinin müəyyənləşdirilməsi və qarşısının alınmasına, həmçinin millətlərarası cinayətkarlıqla mübarizə aparmağa şərait yaradacaq.

P. Datton həmçinin əlavə edib ki, vəsaitin bir hissəsi münaqişə ərazilərində kəşfiyyat məlumatlarının toplanmasına və ATKX üçün süni intellekt texnologiyasının inkişafına yönəldiləcək.