XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Aprel 2019 - 19:20

Xızı rayonunda 2 raket tapılıb –FOTO

Xızı rayonunda 2 raket aşkar olunub.

Strateq.az Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) istinadla xəbər verir ki, aprelin 2-də Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrindən Agentliyə Xızı rayonu, Sitalçay kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə otlaq sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd yanmış-partlamış vəziyyətdə 122 mm-lik 9M-22S raketi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin ətrafında 1200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.