XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

02 Aprel 2019 - 19:33

Rövşən Almuradlı dəfn edilib –Sumqayıtda

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında tanınmış rejissor Rövşən Almuradlı vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, R.Almuradlı dəfn edilib. Onun dəfnində dostları, qohumları və tanınmış ziyalılar iştirak edib.

Rejissor Sumqayıtın Müşfiq qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, R.Almuradlı 1954-cü ili aprelin 19-da Bakıda anadan olub. 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. R.Almuradlı “Cavad xan”, “Molla Cümə”, “Şıx ocağının işığı” və digər filmlərin rejissoru olub.