Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir yüngül insult keçirib.
Strateq.az xarici KİV-lərə istinadla xəbər verir ki, bir neçə gün əvvəl Bəşirin səhhəti kəskin şəkildə pisləşib.
Sabiq prezident xəstəxanaya yerləşdirilib, daha sonra yenidən evinə aparılıb.
Mənbələr əl-Bəşirin fiziki durumu ilə bərabər, psixi vəziyyətinin də pisləşdiyini qeyd edir.
Anonim qalmaq istəmiş bir həkimin sözlərnə görə, sabiq dövlət başçısı qida qəbul etməkdən imtina edir. Tibbi yardım da ona zorən tətbiq olunur. Lazımi dərmanlar şprislə əl-Bəşirin bədəninə yeridilir.