XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

04 İyun 2019 - 17:52

Bakıda narkotik satan dəstə iş başında yaxalandı –Polis əməliyyatı + Təfərrüatlar

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhərində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan daha bir şəbəkənin üzvləri ifşa ediliblər.

DİN-in Mətbuat xidmətindən Strateq.az-a  verilən məlumata görə, Baş İdarə əməkdaşlarının Binəqədi rayonunda keçirdikləri əməliyyat zamanı Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Babayev və Lənkəran şəhər sakini Vüqar Mirişov 1 kiloqram 310 qram yüksək psixotrop təsirə malik narkotik vasitə olan metamfetamin və 10,188 qram heroini 55000 manata satmaq istəyən zaman saxlanılıblar.

İstintaq zamanı müəyyən edilib ki, metamfetamin və heroini V.Mirişov şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından əldə edib. Daha sonra o, tanışı S.Babayevdən narkotik vasitələri satmaq üçün müştəri tapmasını istəyib və bunun müqabilində ona 5000 manat verəcəyini vəd edib. Həmin şəxslər narkotik vasitələri satmaq istəyən zaman iş başında tutulublar.

Baş İdarə əməkdaşlarının narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində həyata keçirdikləri əməliyyat tədbirlərinin davamı olaraq dəstənin daha bir üzvü Beyləqan rayon sakini Osman Əhmədov da tutulub. Saxlanılan şəxslərə məxsus “Opel” markalı avtomobilə baxış zamanı əlavə olaraq 2 kiloqram 015 qram, O.Əhmədovun Beyləqan rayonunda tanışının evində gizlətdiyi 2 kiloqram 022 qram satış üçün nəzərdə tutulan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.