XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2016 - 17:50

“Qiyamçı müstəntiq” Prokurorluğa çağrıldı – [color=red] “Məni gözləməyin…”

eldarsabiroqlu-1.jpg

Keçmiş müstəntiq, prokurorluq orqanlarından siyasi bəyanatla istefa vermiş Rüfət Səfərov Baş Prokurorluğa izahat verməyə çağırılıb. Bu barədə “Azadlıq” qəzetinə R.Səfərovun özü məlumat verib.

Səfərov bildirib ki, onu Baş Prokurorluğa Təşkilat-analitik İdarəsinin prokuroru Zaur Əliyev dəvət edib. Z.Əliyev R.Səfərovun mobil telefonuna zəng vuraraq ona “izahat vermək” üçün Prokurorluğa gəlməli olduğunu deyib. Bildirib ki, R.Səfərovun icraatında olmuş bir neçə cinayət işində qanunazidd hallar müəyyən edilib, gəlib bunlarla bağlı izahat verməlidir.

“Bu, artıq komediyadır. Məni dəvət edən Zaur müəllimdən və digər məsul vəzifəli şəxslərdən soruşuram. Rayon prokurorluğunda kompleks yoxlama apararkən məni dinləməmiş, izahatımı almamış prokurorluq orqanlarından xaric olunmağım barədə hazır əmri təqdim edirsiniz, daha sonra məndən izahat tələb edirsiniz? Hansı statusla? Mən ki daha prokurorluq orqanlarının əməkdaşı deyiləm. Zəhmət çəkin, Cinayət Prosessual Məcəlləsinə bir daha nəzər salın. Tərəfimdən əsassız və qanunsuz hər hansı qərar qəbul olunubsa, səlahiyyətlərinizdən istifadə edərək ləğv edin və müvafiq qaydada əlavə araşdırmaya göndərin. Məni prokurorluq orqanlarından xaric edirsiniz, məhkəmə qərarı olmadan xüsusi mülkiyyətimdə olan kompüteri götürürsünüz, mobil telefonlarıma baxış keçirirsiniz, kirayənişini olduğum mənzildə axtarış aparırsınız, sonra da izahat verməm üçün həvəslə Baş Prokurorluğa dəvət edirsiniz? Zaur müəllim, zəhmət çəkib məni gözləməyin”, – deyə R.Səfərov bildirib.

azadliq.info