XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2016 - 07:42

Tofiq Bəhramovun tarixi qərarı bir daha təsdiqləndi: [color=red]Top qapı xəttini keçib – FOTOLAR

tofiq behramov.jpg

Böyük Britaniyanın “Sky Sports” telekanalı futbol üzrə İngiltərə milli komandasının 1966-cı il dünya çempionatındakı qələbəsinin 50 illiyinə həsr olunmuş irimiqyaslı layihə hazırlayıb.

Kanalın ekspertləri Ceymi Karrager və Ed Çemberlen statistik göstəricilər və kompüter qrafikası vasitəsilə Almaniya ilə final matçında futbolçuların hərəkətlərini təhlil ediblər. (AZƏRTAC)

Verilişdə həmin oyunun iştirakçıları, eləcə də qapıçı Qordon Benks və het-trik müəllifi Ceffri Herst ilə müsahibə təqdim olunub. Bundan başqa, müasir texnologiyalardan istifadə etməklə müəlliflər “Üçüncü qolda top qapını keçmişdimi?” sualına cavab tapmağa çalışıblar.

Müasir texnologiya ilə aparılan araşdırma həmin oyunun hakimlərindən biri olan Tofiq Bəhramovu haqlı çıxarıb. Epizodla bağlı danışan “Liverpul”un sabiq müdafiəçisi C.Karrager həmyerlimizin qərarının doğru olduğunu bildirib. Qeyd edib ki, bununla bağlı çox müzakirələr aparılıb. “Mən həmin oyunla bağlı söhbətləri eşidə-eşidə böyümüşəm. Biz müasir texnologiya vasitəsilə sübuta yetirə bildik ki, həmin epizodda top qapı xəttini keçib. Bu isə o deməkdir ki, laynsman Tofiq Bəhramovun qərarı doğrudur. Almanlar həmin qolla bağlı bir daha şikayətlənə bilməzlər”.

Qeyd edək ki, illərlə müzakirə mövzusu olan bu görüş İngiltərə millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

tofiq02.jpg

tofiq03.jpg

tofiq04.jpg