XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 January 2016 - 08:37

Nardaran hadisələri zamanı saxlanılanlardan [color=red]57 nəfəri buraxılıb

nardaran01.jpg

Nardaran hadisələri zamanı inzibati qaydada həbs olunanlardan 57 nəfəri azadlığa buraxılıb.

Bu barədə APA-ya Nardaran sakini Natiq Kərimov məlumat verib. O qeyd edib ki, Nardaran hadisələrinə görə ümumilikdə 71 nəfər barəsində sutkalıq həbs qərarı verilib: “Məndə olan məlumata görə, 14 nəfər hələ də inzibati qaydada həbsdədir. Onların bir hissəsinin həbs müddəti sabah başa çatdığı üçün azadlığa buraxılmaları gözlənilir”.

Qeyd edək ki, ötən ilin noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.