XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 January 2016 - 11:43

Obama prezident İlham Əliyevi ABŞ-a dəvət edib – [color=red]PA rəsmisindən açıqlama

ilham obama.jpg

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtonda keçirilən dördüncü nüvə təhlükəsizliyi sammitinə dəvət edib.

Bu barədə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün Twitter bloqunda yazıb.

N.Məmmədov bildirib ki, 3 dekabr 2015-ci il tarixdə ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib: “Məktubda Prezident Obama Azərbaycan Prezidentini 2016-da Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib”.

N.Məmmədovun sözlərinə görə, B.Obama öz məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib.

Nüvə təhlükəsizliyi sammiti aprelin 12-13-də keçiriləcək. Sammitə dünyanın 40-dan artıq ölkəsinin prezidentinin dəvət ediləcəyi gözlənilir. MDB ölkələrindən artıq Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sammitə dəvət aldığı məlumdur. ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Mayk Hammer deyib ki, sammitdə İran və Şimali Koreyanın nüvə proqramları ilə bağlı məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, 2010-cu ildə Vaşinqtonda keçirilən nüvə sammitinə Azərbaycan dəvət olunmamışdı. Bunun səbəbi Ermənistan-Türkiyə barışıq prosesinə dair Sürix protokollarına Bakının etirazı idi.