XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2016 - 13:17

Neftin qiyməti [color=red]34 dollara[/color] düşdü

 

neft-2.jpg

Bakı vaxtı ilə saat 16.49-da Brent markalı neftin bir barelinin qiyməti London birjasında 34.86 dollara satılmağa başladı.

Birja açılan andan neftin qiyməti artıq 4,28% ucuzlaşıb.

Caspian Barrel bildirir ki, Bakı vaxtı ilə saat 19.30-da ABŞ Enerji Agentliyi ölkənin neft ehtiyatları ilə bağlı ənənəvi hesabatını açıqlayacaq. Ancaq bazar təhlilçiləri bu səhər bəyan ediblər ki, ölkənin neft ehtiyatları ötən həftə ilə müqayisədə təqribən 500 min barel artıb. Buna görə də neft kəskin ucuzlaşmağa başlayıb. Neftin qiymətinə təsir edən ikinci bir amil isə Çindən gələn bədbin məlumatlardır: bu ölkənin iqtisadiyyatında geriləmələr davam edir, sənaye göstəriciləri 10 aydan çoxdur ki, daim azalır və milli valyuta növbəti dəfə dəyərini itirib.