XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 January 2016 - 04:24

Çində fond birjaları yenə çökdü – [color=red] yuan çox ucuzlaşdı

birja-11.jpg

Çin bu gün  səhər saatlarında milli valyuta – yuanın ABŞ dollarına nisbətdə məzənnəsini 0.51%  aşağı salıb.  Bu gün yuan-dollar məzənnəsi  1 USD/ 6.5646 CNY müəyyənləşdirilib. Bu ötən ilin avqust ayından bəri yuanın ən aşağı məzənnəsidir.

Bu gün səhər saatlarında əsas indekslərin 7% geriləməsindən sonra  Çin fond birjalarında iş gününün sonunadək  ticarət əməliyyatları dayandırılıb.

Şanxay  fodn birjasının Shanghai Composite Index – i  7,3% aşağı düşüb və 3115, 89 bənd təşkil edib. Shenzhen Composite Index –i  isə  6,77% geriləyərək 1989,58 bəndə qədər aşağı düşüb.

Çin bu il 1 yanvardan etibarən qiymətli kağızların kotirovkalarının qəfildən kəskin dəyişməsi halında əməliyyatların avtomatik dayandırılması mexanizmini işə salıb.  Bu mexanizm Şanxay və Şençjen fond birjalarında və China Financial Futures Exchange, CFFEX kimi maliyyə fyuçersləri birjalarında tətbiq edilib. Əgər  qiymətli kağızların kotirovkaları qəfildən 5% həddində dəyişəndə əməliyyatlar 15 dəqiqə müddtində dayanır. 

Əgər  yerli vaxtla 14.45-dən sonra kotirovkalar 5%-dən çox dəyişirsə, indeks 7% çox artır, yaxud aşağı düşürsə iş gününün sonunadək əməliyyatlar tamam dayandırılır.

Strateq.az