XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

07 Yanvar 2016 - 08:42

Banklar dolların satış məzənnəsini qaldırdı – [color=red]FOTOLAR

Bu gün Bakıda dolların rəsmi məzənnəsində fərq olmasa da, bir sıra bankların valyutadəyişmə məntəqələrində qiymətlər kəskin artıb.

Strateq.az Fins.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzindəki valyutadəyişmə məntəqələrində dolların məzənnəsi yanvarın 6-a nisbətən kəskin artıb. Belə ki, hazırda məntəqələrdə ABŞ dolları 1,6-1,63 manata alınır, 1,70-1,72 manata satılır. Dünən isə doların alış qiyməti 1,61 manat, satış qiyməti 1,64 manat idi.

Paralel olaraq avronun məzənnəsi də yüksəlib. İndi Avropa valyutasının alış qiyməti 1,72 manat, satış qiyməti 1,86 manat təşkil edir. Dünən isə avro 1,71 manata alınıb, 1,77 manata satılırdı.

Əvəzində valyutadəyişmə təntəqələrində rus rublu ucuzlaşıb. Hazırda 100 rubl 2 manat alınır, 2,2 manata satılır. Dünən isə 100 rubl 2,32 manata alınır, 2,45 manata satılırdı.

Qeyd edək ki, bu gün Mərkəzi Bank dolların məzənnəsini 1.5626 manat müəyyənləşdirib. Ancaq gprünən odur ki, banklar buna əməl etmirlər.

STRATEQ.AZ