XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2016 - 11:51

MTN-in Antiterror Mərkəziylə bağlantısı olan nardaranlı ağsaqqal həbs edildi – [color=red]Onun MTN generalları və İranla paralel əlaqələri də araşdırılır

natiq-2.jpg

 

Azərbaycanın hüquq-mühafizə orqanları Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovu saxlayıb. 

Bu haqda ilk məlumatı Report.az saytı yayıb.

Məlumata görə, Natiq Kərimovun barəsində cinayət işi qaldırılıb və o, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.  

Hazırda N.Kərimovun Səbail Rayon Məhkəməsinə aparıldığı və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilən təqdimata baxılacağı bildirilir. 

Xatırladaq ki, bir müddət əvvəl Strateq.az saytı mötəbər mənbələrə istinadən məlumat yaymışdı ki, Nardaran olayları zamanı silahlı birlik yaradaraq terrora, dövlət çevrilişinə və ölkədə şəriət dövləti qurmağa hazırlaşmaqda ittiham edilərək həbsə atılan “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadənin və tərəfdarlarının ilkin dindirilməsi zamanı hüquq-mühafizə orqanları təkcə bu dəstənin cinayətkar plan və niyyətləri, silahların yeri və sayı barədə deyil, həm də onları indiyədək himayə edən, ələ keçməkdən yayındıran vəzifəli şəxslərlə bağlı, eləcə də daha başqa cinayətləri açmağa imkan verəcək olduqca qiymətli informasiyalar əldə ediblər.

Mənbə bildirirdi ki, artıq belə şəxslərdən birinin – el arasında “Məşədi Natiq” kimi tanınan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun Milli Təhlükəsizlik Nazirliyindəki “məlum dəstə” üzvləriylə bağlantıları, sıx təmasları tam dəqiqləşdirilib.

Strateq.az-a çatan məlumata görə, Məşədi Natiq vaxtilə İran xüsusi xidməti ilə şübhəli əlaqələrinə görə MTN-in nəzarətinə düşsə də, onu sonradan MTN-in Antiterror Mərkəzi məxfi əməkdaşlığa cəlb edibmiş. Bildirildiyinə görə, Natiq Kərimov hazırda həbsə atılan MTN Antiterror Mərkəzinin rəisi general Elçin Quliyevlə əlaqəli şəxs olub.

Deyilənə görə, belə bir ehtimal da var ki, Natiq Kərimovu İran kəşfiyyatı məqsədli şəkildə MTN-in nüfuz dairəsinə yeridib və müvafiq qurumlar hazırda MTN-dəki dəstənin, xüsusən də həbsdəki generalların bundan xəbərinin olub-olmaması istiqamətində də araşdırmalara başlayıblar. Elə bu araşdırmaların nəticəsi olaraq da, Məşədi Natiqin həbsinə qərar verilib.

Strateq.az