XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 January 2016 - 12:46

Türkiyə Bakıya qarşı viza tətbiq edir: [color=red] Avropa İttifaqının tələbi belədir – SƏFİRLİK

 

turkiye.jpg

Türkiyə 89 ölkəyə qarşı viza rejimi tətbiq etməyə hazırlaşır.

Strateq.az bildirir ki, bu barədə  Türkiyə KİV-ləri məlumat yayıb.

Xəbərdə deyilir ki, viza rejimi tətbiq ediləcək dövlətlər arasında Azərbaycanla yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Qırığızıstan, Türkmənistan, Rusiya, Tacikistanın da adları var.

Viza rejimi 2016-cı ilin iyunundan tətbiq ediləcək. (Report) 

Viza rejiminin tətbiqi Avropa İttifaqının Türkiyə qarşısında qoyduğu tələblərdəndir.

“Hazırda Türkiyə Azərbaycan vətəndaşlarına qarşı heç bir viza məhdudiyyəti tətbiq etməyib. Onlar əvvəlki tək Türkiyə ərazisində 30 gün müddətində vizasız qala bilərlər. Ancaq sonra hansı qərar qəbul ediləcək, məlum deyil”.

Bu sözləri isə Türkiyə səfirliyinin  Azərbaycandakı konsulluğundan haqqın.az –a bildiriblər.

“Məsələ bundadır ki, Türkiyə ilə Rusiya arasında bu günə qədər olan vizasız rejim artıq yoxdur. Biz ümid edirik ki, Türkiyə və Azərbaycanın müfaviq orqanları sadələşdirlimiş viza qaydaları ilə bağı məqbul variant tapacaqlar.

“Bəlli olduğu kimi bu ilin payızından Türkiyə Avropa ittifaqından vizasız rejimə keçəcək. Avropa İttifaqının əsas tələbi bu qurumla razılaşma olmayan ölkələrlə viza rejiminin ləğv etməkdir.

Məsələn, Gürcüstan, Moldova, Ukrayna vətəndaşlarına qarşı Türkiyə belə tələb irəli sürməyəcək. Çünki onların Avropa ittifaqı ilə müvafiq sazişləri var”.