XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 Yanvar 2016 - 14:49

“Taliban”dan strateji addım: [color=red] Xilafətçilər Orta Asiyaya yayılmaq niyyətindədir

“Taliban” öz idarəetmə şurasına biri özbək, digəri tacik olan iki nəfəri qəbul edib.

Strateq.az xəbər verir ki, ekspertlər bu yeni təyinatları strateji addım olaraq qiymətləndirirlər. Onların fikrincə, indiyədək “Taliban”ın bütün şura üzvləri milliyyətcə puştun idilər. Bu isə istər-istəməz Əfqanıstanda və ətraf bölgələrdə yaşayan digər xalqlar arasında təşkilatın nüfuzuna xələl gətirirdi. Son addımı ilə “Taliban” öz qapılarını digər etniklərə də açmış oldu.

Təşkilatın bu addımı Əfqanıstandan sonra Orta Asiyaya yayılmaq niyyəti kimi də qiymətləndirilə bilər. Məlumdur ki, Orta Asiyanın diktatura rejimlərindən əziyyət çəkən iki böyük xalqlarından biri tacik, digəri isə özbəklərdir. Bu coğrafiyadakı rejimlərin repressiv siyasətləri nəticəsində demokratik mübarizədən tamamilə ümidləri kəsilən həmin xalqlar istər-istəməz radikal islami axınlara meyllənirlər. Son zamanlar “Taliban”ın Əfqanıstanda əldə etdiyi nailiyyətlər isə onlara da ümidverən əsl ideoloji hədəfə çevrilir.

Qeyd edək ki, ABŞ ordusunun çəkilməsindən sonra “taliban”çılar Əfqanıstanın 3/1-ni ələ keçiriblər. Ehtimallara görə, ələ keçirilən bölgələr xüsusi geostrateji əhəmiyyətə malikdir və yaxın zamanlarda digər etniklərin rəğbətinin də qazanılmasıyla təşkilatın yenidən ölkəyə hökm etmək şansı var. Mümkündür ki, Əfqanıstan qələbəsindən sonra “talibançılıq” ideyası aktiv şəkildə Orta Asiyaya da sıçrasın. Hələlik isə Orta Asiyada “irşadçılıq” siyasəti yürüdülür və könüllər fəth olunur.

“Taliban” isə bu şərhi yaxına buraxmır. Adı açıqlanmayan bir təşkilat yetkilisi məlum təyinatları çox sadə bir səbəblə – iki şura üzvünün yeni lider Molla Məhəmməd Əttara biət etmədiyi üçün təşkilatdan ayrılması ilə əsaslandırır.

Heydər Oğuz

Strateq.az