XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2016 - 04:33

[color=red] Çin 107.9 milyard dollar itirdi [/color] – Ölkənin fond bazarı isə dirçəlir

birja.jpg

Çin Xalq Bankı (Mərkəzi Bank) bir gün əvvəl yuanın dollara nisbətdə məzənnəsinin kəskin şəkildə 0.51% aşağı düşməsinin ardından bu gün milli valyutanın kursunu yüksəldib. Bu gün üçün Çin Xalq Bankı milli valyutanın ABŞ dollarına nisbətdə məzənnəsini 6,5636 yuan müəyyən edib. Dünən isə kurs 1 USD/ idi.

Azərbaycan Mərkəzi Bankı isə bu gün 1 CNY/0.237AZN məzənnə müəyyən etmişdi.

Bu gün Çin fond birjalarında da son 3 gündəki geriləmədən sonra yüksəliş qeydə alınıb. Şanxay birjasının Shanghai Composite Index-i  7.32% geriləmədən sonra,  bu gün 2.23% artım nümayiş etdirib. Şençzen birjasının Shenzhen Composite Index-i isə 8% aşağı düşdükdən sonra,  bu gün 2.25% yüksəlib.

Çin bu il 1 yanvardan etibarən qiymətli kağızların kotirovkalarının qəfildən kəskin dəyişməsi halında əməliyyatların avtomatik dayandırılması mexanizmini işə salıb.  Bu mexanizm Şanxay və Şençjen fond birjalarında və China Financial Futures Exchange, CFFEX kimi maliyyə fyuçersləri birjalarında tətbiq edilib. Əgər qiymətli kağızların kotirovkaları qəfildən 5% həddində dəyişəndə əməliyyatlar 15 dəqiqə müddətində dayanır. 

Əgər  yerli vaxtla 14.45-dən sonra kotirovkalar 5%-dən çox dəyişirsə, indeks 7% çox artır, yaxud aşağı düşürsə iş gününün sonunadək əməliyyatlar tamam dayandırılır.

Bu gündən etibarən Çin qiymətli kağızların kotirovkalarının qəfildən kəskin dəyişməsi halında əməliyyatların avtomatik dayandırılması mexanizminin fəaliyyətinə son qoyulacağını da bildirib.

Dekabr ayında isə Çinin ümumi valyuta ehtiyatlarının həcmi rekord səbiyyədə azalıb və itki 107.9 milyard ABŞ dolları təşkil edib. Çinin valyuta ehtiyatları 3,438 trilyon dollara qədər aşağı düşüb.

Strateq.az