XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2016 - 06:07

İrandan sensasion qərar [color=red]– Həcc ziyarətinə qadağa qoyuldu

Şiə din xadimi Nimr əl-Nimrin Səudiyyə Ərəbistanında edamından sonra Tehranla Ər-Riyad arasında gərginlik səngimək bilmir. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İran öz vətəndaşlarına Həcc ziyarəti üçün Məkkə və Mədinəyə getməyə qadağa qoyub.

Tehran bu yolla Səudiyyə Ərəbistanına həm də maddi zərbə vurmağa çalışır. Krallıq hər il İrandan həcc üçün gələn ziyarətçilərdən 18 milyard dollar gəlir əldə edirdi. Bundan başqa, İrandan Səudiyyəyə xeyli sayda turist də gəlirdi. 

Rəsmi məlumatlara görə, hər il Səudiyyədəki həcc mərasimində 600 min iranlı iştirak edir.
İranın Yəməndəki səfirliyinə aviazərbədən sonra Tehran Səudiyyə Ərəbistanından gələn mal və məhsullara da qadağa qoymuşdu.

İran hesab edir ki, səfirlik Səudiyyənin rəhbərlik etdiyi koalisiya tərəfindən vurulub.