XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2016 - 06:55

Rus mətbuatı Bakının çətin seçim qarşısında olduğunu yazdı: [color=red]İŞİD Azərbaycanda peyda olsa, ölkənin taleyini Rusiya və İran həll edəcək

isid-qafqaz-1.jpg

Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin kəskinləşməsi Zaqafqaziya daxil olmaqla bütün Böyük Yaxın Şərq üçün ciddi nəticələr doğuracaq – hətta yeni hərbi qarşıdurmanın yaranmasınadək.

Bu hadisələr bir çox səbəblərə görə, çətin seçim etməyi gərəkən Azərbaycana da toxuna bilər.

Türkiyə Silahlı Qüvvələrinin istefada olan general-leytenantı Ərməğan Quloğlunun sözlərinə görə, İslam dünyasında dindaxili (şiələr və sünnilər) qütbləşməni bütün bölgəyə kölgəsini salan fakt kimi qəbul etmək lazımdr.

İkincisi, İranın başçılığı ilə (onu Rusiya və Çin dəstəkləyir) mübarizəni İŞİD-ə qarşı yönəltmiş şiə müslman bloku var. Ona qarşı arxasında ABŞ və Avropanın durduğu Səudiyyə Ərəbistanının başçılığı ilə İslam alyansı, yəni “34-lər ittifaqı” durur.

Quloğlu istisna etmir ki, Səudiyyə Ərəbistanı ilə İranın münasibətlərindəki böhran açıq hərbi münaqişəyə keçsə, bir sıra ölkələr öz maraqlarını qorumaqla bunun iştirakçısı ola bilər.

Azərbaycan ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyadan savayı “34-lər ittifaqı”na da girmiş Türkiyə ilə strateji ittifaqdadır. Səudiyyə Ərəbistanı Bakını da bu birliyə daxil olmağa çağırıb. Bu məsələ ilə bağlı olaraq Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Səudiyyənin Xarici İşlər naziri Adil əl-Cubeyr arasında telefon söhbəti olub. Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qarabağ münaqişəsinə açıq şəkildə işarə etməklə məlumat verib ki, “indiki anda bu məsələ nəzərdən keçirilir”, çünki “Azərbaycan terrorizmdən ziyan çəkmiş dövlət kimi terrorizmin istənilən formasını ittiham edir”.

Lakin hadisələrin gedişi Azərbaycanı olduqca çətin duruma salıb. Türkiyə Rusiya bombardmançısını vuranda və Moskva Ankaranı “beynəlxalq terrorizmlə əlbirlik”də ittiham edəndə Bakı ilk ciddi seçim qarşısında qaldı: yaranmış vəziyyətdə Türkiyə ilə strateji tərəfdaşlığı itirməməklə yanaşı, Moskva ilə əvvəlki səviyyədə münasibət saxlamaq mümkün olacaqmı? Güman edirik ki, Rusiya-Azərbaycan əməkdaşlığının perspektivlərini formalaşan geopolitik durum, Rusiyanın Azərbaycan amilindən öz maraqlarında istifadə edib-etməyəcəyi imkanlar kontekstində nəzərdən keçirmək lazımdır.

Hazırda şiə lideri Nimr əl-Nimrin edamı ucbatından Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər korlanarkən və bakılı ekspertlərdən birinin ifadəsincə, “ABŞ prezidenti Barak Obamanın İrana sarı tamamilə gözlənilməz çıxan dönüşü”ndən sonra Bakı indiki durumda kiminlə olmaq baxımından yenə də seçim qarşısındadır: Ər-Riyadla gizli və ya Ankara ilə açıq alyansda olmaq və yaxud bu alyanslardan aralanmağa başlamaq. Lakin hara? Hadisələrin gözlənilməz perspektivini doğurmaqla güneydən artan qüvvə ilə İran amili sıxır.

Türkiyə artıq diplomatik manevrlərə başlayıb. Əvvəlcə quzey İraqa qoşun yeritməyə girişmək cəhdləri etdi, lakin hərbi xarakterli cavab tədbirləri təhdidi gələn Bağdadın gözlənilməz qəti etirazı ilə üzləşdi. Vaşinqton, Moskva və Tehran Bağdadı dəstəklədi. Türkiyə XİN-i Səudiyyə Ərəbistanı ilə İranın münasibətlərindəki artan münaqişə ilə bağlı rahatsızlığını ifadə edib hər iki tərəfi sakitliyə və “diplomatik dil”ə dönüşə çağırdı. Bu, o deməkdir ki, Ankara Səudiyyə koalisiyasının tərkibində fəal hərəkətlərdən çəkinməyə cəhd edib onun daxilində ciddi çatlar yaradır.

Qarabağ istiqamətində “hərbi qətiyyət” sərgiləyən Bakı öz növbəsində işarə vurur ki (hələlik ekspert müzakirəsi səviyyəsində), İran-Səudiyyə qarşıdurmasını diniçi ziddiyət kimi qiymətləndirir. Buna görə də Azərbaycan “dünyəvi dövlət” kimi “dini prioritetləri əsas götürmək” istəmir. Lakin Bakı əvvəllər müəyyən şərait və durumlarda özünü İslam dövləti kimi qələmə verib, indi isə dünyəviliyini vurğulayır. Politoloq Fikrət Sadıqov bununla bağlı iddia edir ki, “tərəflərdən birini dəstəkləmək digəri ilə avtomatik şəkildə düşmənlik bildirir, güman etmirəm ki, bu, bizim strateji maraqlarımıza daxildir”.

Politoloq rəsmi Bakını “münaqişənin Yaxın Şərqdə genişmiqyaslı formatda yanğına dönməməsi üçün lazım gələn hər şeyi etməyə” çağırır.

Bu arada inkişafa yardım üzrə Amerika-Azərbaycan fondunun baş eksperti Aleksey Sinitsın qeyd edir ki, bu “partlayış” təkcə uzaq keçmişə gedən şiə-sünni qarşıdurması kontekstində deyil, həm də Yaxın Şərqin “güc mərkəzi” roluna iddialı olan iki son dərəcə böyük bölgəsəl oyunçunun rəqabəti kontekstində gözlənilən idi.

Və budur, bunun vaxtı çatıb. Bu cürdürsə, belə çıxır ki, Bakı Böyük Yaxın Şərqin “şahmat lövhəsi”ndə fiqurların sürətli yerdəyişimini gözləyib, bu oyunda nəsə udmaq üçün bilə-bilə fəaliyyətdə olub, ya da strateji səviyyədə ciddi səhv buraxıb. Çünki müxtəlifplanlı diplomatik manevrlər imkanını itirib və Türkiyə ilə Səudiyyə Ərəbistanının biçimlədiyi durumun girovuna çevrilib.

Eyni zamanda Bakı Moskvanın Qərbin reaksiyasından çox az fərqlənən və Vaşinqton, Brüssel, Moskva və Tehran üçün “imkanlar pəncərəsi” açan Səudiyyə-İran çətinliyinə reaksiyasından təəccüblənib. Ankara və Ər-Riyad bu cür durumda Yaxın Şərqdə və Güney Qafqazda yeni “kart” oynaya bilməz.

Tarixçilər Azərbaycanın çoxyönlü xarici siyasəti bəyan edən yeni liderlərinin ölkəni tamamilə müxtəlif ideoloji baxışları və geopolitik hədəfləri olan xarici və bölgə gücləri arasında mübaizə gedən Yaxın Şərq meydanına sürüməyə necə nail olduqları üzərində hələ başlarını çox sındıracaqlar. Təsadüfi deyil ki, Rusiyanın bəzi ekspertləri (hələlik açıq şəkildə yox) deyirlər ki, İŞİD Ər-Riyadın başçılıq etdiyi koalisiyanın tərəfində rəsmən açıq şəkildə çıxış etdiyini və Azərbaycanda var olduğunu bəyan etsə, təəccüblənməzlər. O zaman antiterror koalisiyası üzrə müttəfiqlər – Rusiya və İran Azərbaycanın taleyini həll etməli olacaq.

Ona görə də rusiyalı hərbi politoloq Aleksandr Perenciyevin haqlı olaraq qeyd etdiyi kimi, Bakı yunan arqonavtlarıtək Ssilla ilə Hartibda arsındakı yolu qət etməli və diplomatik incəlik və uzaqgörənlik bacarığı sərgiləməlidir. Əlbəttə, Bakı diplomatiyası bu keyfiyyətləri itirməyibsə…

 

Stanislav Tarasov

REGNUM İA, 07.01.2016.