ABŞ-ın məşhur təhlil mərkəzi «Stratfor» Rusiya hökumətinin yalanını üzə çıxarıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qurum Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi, general-polkovnik İqor Serqunun Rusiyada yox, Livanda öldüyünü açıqlayıb.
"Stratfor"a məlumat verən mənbə generalın yanvarın 1-də Livanda vəfat etdiyi ilə bağlı hesabatla tanış olduğunu deyib: «Belə olan halda, sual yaranır ki, Sequn Livanda nə iş görürdü və Kreml niyə onun harada öldüyünü gizlətməyə çalışır?!»
Qeyd edək ki, Kremldən yayılan rəsmi açıqlamada generalın yanvarın 3-də, Moskvadakı istirahət evində ürək tutmasından öldüyü bildirilirdi. Rusiya prezidenti Vladimir Putin 58 yaşlı general-polkovnikin ölümü ilə bağlı mərhumun qohumlarına və yaxınlarına başsağlığı vermişdi.
58 yaşlı general–polkovnik 2011-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin rəisi – Baş Qərargah rəisinin müavini təyin olunmuşdu. 1984-cü ildə hərbi kəşfiyyatda xidmətə başlayan Serqun Sovet Ordusunun Hərbi Akademiyasının məzunudur.
1998-ci ildə polkovnik rütbəsində Rusiyanın Albaniyadakı səfirliyndə hərbi attaşe vəzifəsində çalışmışdı və hərbi elmlər namizədi idi.
Bu ilin fevralında isə general-polkovnik rütbəsi almışdı.