XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2016 - 08:05

Səudiyyə Ərəbistanında məhkumu necə edam edirlər? – [color=red]Bu ölkədə baş cəllad vəzifəsi var

edam-2.jpg

Səudiyyə Ərəbistanında edamın əsas üsulu şəriətin tələbinə əsasən dekapitasiyadır (boynun vurulması).

Ərəb qılıncı ilə boyun vurmaqdan (edamın ən çox yayılmış forması) savayı həmçinin daş-qalaq və birinci növbədə qadınlar üçün nadir hallarda güllələnmə kəsilir. Edamların əksəriyyəti ictimai şəkildə, daha çox şəhərin mərkəzi meydanında icra edilir.  

Ölkədə dövlət cəlladı vəzifəsi mövcuddur. Məkkənin baş cəlladı vəzifəsi əl-Bişi ailəsində irsən ötürülür və hər bir varis vəzifəyə kralın özü tərəfindən təsdiq olunur. Hazırda baş cəllad Abdulla ibn Səid əl-Bişidir. Məkkədə edamlar Əbdüləziz darvazalarının qarşısındakı meydanda həyata keçirilir, buna qədər isə əl-Həram məscidinin qabağında baş tuturdu.  

1995-ci ildə 192, 2002-də 47 (45 kişi, 2 qadın), 2003-də 53 (52 kişi, 1 qadın), 2004-də 36 (35 kişi, 1 qadın), 2005-də 90 (88 kişi, 2 qadın), 2006-da 39 (35 kişi, 4 qadın), 2008-də 102, 2009-da 69, 2010-da 26,  2011-də 82, 2014-də 90, 2015-də 157 nəfər edam olunub.

Qeyd etmək lazımdır ki, dünyada adamöldürmə cinayələrinin ən aşağı səviyyəsı Səudiyyə Ərəbistanındadır.

Səudiyyə Ərəbistanında edam prosesi ənənələri qorunub saxlanan və xeyli yüz illər ərzində zənginləşən tam bir mərasimdir.

Bütün edamlar ikindi namazından sonra mərkəzi meydanda həyata keçirilir. Ölümə məhkum edilən meydançaya gözübağlı gətirilir. Hüquq-mühafizə qüvvələri meydanı avtomobillərdən və keçənlərdən təmizləyir və bundan sonra yerə parça və yaxud mavi rəngli plastik salınır.

Zabit məhkumu bu parçanın ortasına keçirir və məhkum üzü Məkkəyə durur. Edam Məkkədə baş tutsa, üzünü Kəbəyə çevirir. Polislər hökmü oxuyur və icra əmri verirlər. Cəllad qılıncı polis zabitindən alır və arxadan məhkuma yaxınlaşır, boynu vurmazdan öncə qılıncı havada bir neçə dəfə yelləyir. Fəvvarə vuran qanın qabağını tez almaq üçün tibb işçisi iştirak edir. Boynu vurulanın cəsədini elə həmin gün dəfn edirlər. 90-cı illərin başlanğıcına qədər Səudiyyə Ərəbistanında istisnasız olaraq kişiləri edam edirdilər, lakin 2007-ci ilə doğru 40 qadın edam edildi.

Ölkədə əl-Bişi ailəsi kimi öz işini nəsildən-nəslə ötürən tam cəllad sülalələri var.

Ölüm cəzası ərəblərin mədəniyyətində də iz buraxıb. Məsələn, məşhur əl-Ərda xalq “Müharibə rəqsi” daha çox cəlladların hərəkətlərindən qaynaqlanıb.

Strateq.az