Bakıda qətl hadisəsi törədilib.
Apa.az-ın məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarından apa.az-a bildirilib ki, qətlə yetirilən Taxıl Kombinatının direktorudur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində araşdırmaları davam etdirirlər.