XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2016 - 19:42

Xamenei: [color=red] “ABŞ-ın İranda rəngli inqilab və çevrilişi məğlub oldu”

xamneyi erdebil.jpg

“Amerikalılar 2009-cu ildə İranda prezident seçkilərindən sonra özlərinin bir neçə ölkədəki uğurlu təcrübələrini seçkilər bəhanəsilə İranda da icra etmək, səs qazanmamış azlığı qabartmaq və onları maliyyə və siyasi cəhətdən himayə etməklə seçkilərin nəticəsini pozmaq istəyirdilər. Amma onların İranda rəngli inqilab və çevrilişləri xalqın iştirakı ilə məğlub oldu”.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri İranın ali dini lideri Xamenei şənbə günü Qum şəhərinin din alimləri və əhalisi ilə görüşündə deyib.

Fevral ayında parlamentə keçirləcək seçkilərə toxunan ali dini lider İslam Şurası Məclisi və Rəhbərlik Xübreqanı Məclisinə olacaq qarşıdakı seçkilərdə səsvermə şəraitinə malik olan bütün şəxslərin iştirakı vacibliyini vurğulayıb.

“Keçmişdəki kimi israr edirik ki, hamı, hətta İran İslam Respublikası quruluşunu qəbul etməyən kəslər belə, seçki məntəqələrinə gəlsinlər. Seçkilər xalqa, İrana və quruluşa aiddir”.

Xameneinin sözlərinə görə Məclisin hər bir üzvünün dövlətin hərəkətinin formalaşması və xalqın müqavimətinin təzahüründə rolu var. “Buna görə, bütün vilayət və şəhərlərin əhalisi öz nümayəndələrinin seçilməsinə tamamilə diqqət yetirməli və seçimin düzgünlüyündə əminliyə çatmalıdır”.

Xamenei Xübreqan Məclisini də olduqca mühüm adlandırıb:

“Bu məclis istəyir ki, hazırkı rəhbər həyatda olmayan gün "rəhbəri", yəni inqilab hərəkatının aparıcısını seçsin. Bu məsələ son dərəcə mühümdür”.