Gürcüstanın Energetika naziri Kaxa Kaladze İsveçrədə “Qazprom”la məxfi görüş keçirib. Gürcüstan Azərbaycan qazını 50 faiz Rusiya qazı ilə əvəz etmək niyyətindədir.
Strateq.az “Qruziya Onlayn” saytna istinadən bildirir ki, bu barədə gürcü eksperti Soso Sikarişvili məlumat yayıb.
Məlumata görə, Kaxa Kaladze gözlənilmədən dekabrın 27-də İsveçrədə “Qazprom-Eksport” rəhbəri Yelena Burmistrova ilə görüşüb. Kaladze görüşə çarter reysi ilə uçub.
Ekspertin fikrincə, hakimiyyət Azərbaycan qazını rus qazı ilə əvəz etmək istəyir. Məlumata görə, müqavilə şərtləri ilə işləyəcək dövlət strukturu Bidzina İvanişvili tərəfindən yaradılan “Əməkdaşlıq Fondu” tərəfindən maliyyələşdiriləcək.
Fondun rəhbəri David Saqanelidze bu məlumatı şərh etməkdən imtina edib. Nazilirik isə Kaladzenin Burmistorva ilə görüşdüyünü təsdiq etsə də, görüşün detalları barədə məlumat verməyib.
X.SƏFƏRLİ