XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

09 Yanvar 2016 - 20:21

“AtaHoldinq” Fond bazarından çıxdı: [color=red]62 milyon səhmi ləğv edildi

 

ataholdinq.jpg

“AtaHolding” Açıq Səhmdar Cəmiyyəti yanvarın 6-da təşkilati-hüquqi formasının dəyişməsi, yəni ASC-dən məhdud məsuliyyətli cəmiyyətə çevrilmə haqda səhmdarlarının qərarını elan edib. Bu, o deməkdir ki, holdinq fond bazarından çıxır.

Mətbuatda dərc olunmuş bildirişdə deyilir ki, qərarla əlaqədar olaraq holdinqin 62.672.500 ədəd səhmi dövriyyədən çıxarılaraq ləğv edilir. (Turan)

Maraqlıdır ki, eyni addımı “Yeni Həyat” Biznes Mərkəzində baş ofisi yerləşən digər holdinq – “Synergy Group” ASC də atmağa hazırlaşır: fevral ayının 1-də şirkətin səhmdarları MMC-yə çevrilmə haqda qərar verəcək.

Holdinqlərin səhmdarlarını ASC-dən MMC-yə keçməyə sövq edən səbəblər haqqında məlumat verilmir. Hər iki SC nizamnamə kapitalını dəfələrlə Bakı Fond Birjası vasitəsilə artırıb. Yeni səhmləri kənar şəxslər deyil, elə mövcud səhmdarlar alıblar.

Ötən ilin iyulunda Azərbaycanda “Qiymətli kağızlar bazarı haqqında” Qanun qəbul edilib. Bundan başqa, Mülki Məcəlləyə səhmdar cəmiyyətlərinin fəaliyyətinin təşkili ilə bağlı bir sıra tələblər ciddiləşdirilib. ASC-lər məcburi müstəqil auditdən keçməli, maliyyə və başqa hesabatlarını mətbuatda açıqlamalıdır. MMC-lərin idarəetməsi ilə bağlı tələblər isə nisbətən yumşaqdır.  

Hesabatlara görə, “AtaHolding” ASC 2014-cü ili 2 milyon 229,8 min manat, “Synergy Group” ASC isə 66 milyon 563,1 min manat zərərlə başa vurub.

Hər iki holdinq ayrı-ayrılıqda 25-dək şirkətdə paya sahibdir. Bu şirkətlərin bir çoxu təmsil olunduqları sektorda lider mövqeyə sahibdir. “AtaHolding” ASC-nin 2015-ci ilin yanvar ayının əvvəlinə yığılan zərərləri 37,6 milyon manatı, “Synergy Group” ASC zərərləri isə 69,5 milyon manatı aşırdı.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzində, Azərbaycan Fond Bazarı iştirakçılarının Assosiasiyasında ölkənin nüfuzlu və aparıcı holdinqinin qeyd olunan qərarını Azadlıq Radiosuna şərh etməyiblər.

Bir neçə açıq səhmdar cəmiyyətində kiçik səhm sahibi olan Vüqar İsmaylov isə Azadlıq Radiosuna deyib ki, “AtaHolding” ASC-nin MMC-yə çevrilməsi qiymətli kağızlar bazarına heç də müsbət siqnal vermir. “Səhmdarı olduğum bəzi səhmdar şirkətləri bir çox hüquqlarımı pozur. AtaHolding-in bu addımından sonra onlarında qeyri-şəffaf hüquqi rejimə keçəcəklərindən narahatam. Çünki indi səhmlərimin qiymətinə az-çox nəzarət edə bilirəm. MMC-nin payçısı olsaq, hüquqularım məhdudlaşacaq”. Səhmdar V.İsmayılov belə düşünür.

“AtaHolding” ASC 2003-cü ildə yaranıb. Onun səhmdarları Panamada və Seyşel adalarında qeydiyyatda olan “Hughson Management Inc.” (51%), “Asbet Limited” (25%) və “Clonmel International Inc.” (24%) şirkətləridir.

Bu il yaradılışının 6-cı ilinə qədəm qoyan “Synergy Group” ASC-nin səhmlərinin 99%-i Əşrəf Kamilova məxsusdur. O, həm də “AtaHolding” ASC-nin Müşahidə Şurasının üzvü və “AtaHolding” ASC-nin payçısı olduğu “Bank VTB Azərbaycan” ASC-nin səhmdarıdır.

“AtaHolding” ASC-nin aktivləri 632 milyon manat, “Synergy Group” ASC-nin aktivləri isə 120 milyon manatdır.