XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

09 Yanvar 2016 - 20:27

Maliyyə şirkətlərində [color=red]gizli proseslər baş verir

 

fond birja.jpg

 

Bakı Fond Birjası (BFB) 2015-ci ilin dekabrı üçün korporativ qiymətli kağızların birjadankənar dövriyyəsi üzrə məlumatları açıqlayıb.

Hesabata görə, həmin dövrdə maliyyə şirkətinin qiymətli kağızlarının alıq-satqısının həcmi 625 mln. 584,2 min manat təşkil edib. Əqd müxtəlif nominalda 500 537 815 ədəd səhm üzrə bağlanıb.

İnvestisiya şirkətlərindən birində "Turan"-ın müxbiri ilə söhbət zamanı bildirilib ki, ümumi nominal dəyəri 0,5 mlrd. həcmində 500 mln. ədəd səhm «Aqrarkredit bank olmayan kredit təşkilatı» dövlət QSC-nin istiqrazlarıdır. İstiqrazlar Azərbaycan Beynəlxalq Bankı ASC-nin pis aktivlərinin sağlamlaşdırılması üçün buraxılıb. Sentyabrda olduğu kimi, indi də qiymətli kağızlar Mərkəzi Bank tərəfindən alınıb. Sentyabrdan dekabra kimi AMB Aqrarkredit-in 1Ş% mlrd. manatlıq istiqrazını alıb.

Qeyd edək ki, yuxarıdaa sadalanan qurumların heç biri həmin əqdlər üzrə rəsmi məlumat vermirlər. “Aqrarkredit” QSC-nin korporativ saytında AMB-dən alınan aktivlər barədə məlumat yoxdur.

Qeyd edək ki, dekabrda naməlum maliyyə şirkətinin 125,5 mln. manat həcmində 537 815 səhmi üzrə  alqı-satqı olub.

Əvvəlki illər üzrə məlumatların təhlili göstərir ki, bu, Azərbaycanda fond bazarının fəaliyyət göstərdiyi müddətdə maliyyə şirkətlərinin qiymətli kağızlarının ikinci dövriyyəsi üzrə ən iri həcmdə birjadankənar əməliyyatdır.

Digər şirkətlərin səhmlərini nəzərə almaqla, dekabrda qiymətli kağızların birjadankənar dövriyyəsi 674,3 mln. manat təşkil edib. 2012-ci ildə mətbuatda əvvəllər qeyri-formal olaraq keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus bir neçə şirkətdə nəzarət-səhm paketlərinin satışı barədə informasiya yayıldıqdan sonra BFB birjadankənar əməliyyatlar barədə tam məlumat verilməsini dayandırıb.

BFB Müşahidə Şurasının keçmiş sədri birjadankənar əməliyyatlar barədə informasiyanın yayılması qaydalarını imzalayıb ki, bu da qiymətli kağızları birjadankənar notarius və ya broker şirkətləri vasitəsilə alqı-satqı predmeti olan şirkətlərin adlarının «gizli» qalmasını təmin edib.