XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Yanvar 2016 - 12:55

Ankarada ABŞ generalına [color=red]hansı mesajlar verilib?

ABSH-generali.jpg

Türkiyənin “Yeni Şəfəq” qəzetində Abdülkadir Selvinin “Amerikalı komandanla nə danışıldı?” sərlöhvəli məqaləsi dərc olunub.

Məqalədə Ankara-ABŞ münasibətləri, Rusiya təyyarəsinin vurulmasından sonra Türkiyənin Suriya siyasətindəki dəyişikliklər, Suriya kürdlərinin Vaşinton tərəfindən dəstəklənməsi məsələləri ilə bağlı çox maraqlı  məqamlar, məlumatlar açıqlanıb.

Starteq.az qısa ixtisarla bu məqalənin tərcüməsini təqdim edir:

“Yanvarın 6-da Ankara çox əhəmiyyətli qonağı qəbul etdi. ABŞ ordusunin birləşmiş qərargahlar komitəsinin  rəhbəri, general Cozef Dandorf  Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulisi Akar və baş nazir Əhməd Davudoğlu ilə görüşdü.

Suriyada çox ciddi hadisələr baş verir.  24 noyabrda Rusiya təyyarəsi vurulandan sonra,  çox təəssüf ki, Türkiyə bu hadisələrdən kənarda qalıb.

İlk növbədə qeyd etmək istəyirəm ki,  general Dandorfu biz dəvət etmişdik.  Axı, döyüş meydanında nəsə qeyri-adi hadisələr baş verir. ABŞ-ın bu döyüşlərdə iştirak edən bəzi qüvvələrlə əməkdaşlığı bizim müttəfiqliyimizə xüsusilə kölgə salır.

Ankara ABŞ generalına Demokratik İttifaq Partiyası (PYD) ilə əlaqədar bizim “qırmızı xətt”ləri xatırladıb. Ona verilən mesajları üç bənddə qruplaşdırmaq olar:

1. Suriyada İŞİD-ə qarşı koalisiya əməliyyatlarına münasibətdə Türkiyənin həssaslığına kifayət qədər diqqət ayrılması zəruridir. 

Söhbət ilk növbədə Türkiyənn PYD və Xalq Özünümüdafiə Dəstələri (YPG) ilə əlaqədar Türkiyənin həssaslığından gedir. Türkiyə bəyan edib ki, PYD Suriyada PKK-nın bir hissəsidir. Bütün platformalarda, ilk növbədə prezident Obama ilə görüşlərdə prezident Ərdoğan bu barədə danışıb. Hər dəfə biz koalisiyaya daxil olan ölkələrin PYD ilə təmasa girməsindən narahatçılığımızı ifadə edirik. Amma Türkiyə nə dərəcədə PYD məsələsindən narahatdırsa, ABŞ-da onunla əməkdaşlığa  bir o qədər can atır. ABŞ PYD-ni İŞİD terrorçuları ilə mübarizə aparan dünyəvi kürd qüvvələri kimi təqdim edir.

Məhz bu, PYD və YPG-nin əl-qolunu açır. Məhz bu əməkdaşlıq PYD-ni Sura, Cizrə və Silopidə tranşey müharibəsini aparmasının əsasında durur. ABŞ və Rusiyaya arxalanaraq PYD Surada partizan müharibəsni aparır. PYD-yə bizim müttəfiqimiz ABŞ dəstək verir.

PYD-nin silahlı qolu YPG Əfrat çayından Qərbə doğru hərəkət edir. Bu irəliləməni Türkiyə “qırmızı xətt” adlandırıb. Bir anda bu qüvvələr bir neçə yaşayış məntəqəsini tutdular və Türkiyənin təzyiqi ilə geri çəkildilər. Vəziyyət mürəkkəb olaraq qalmaqda davam edir.

ABŞ generalı ilə görüşdə ABŞ-a bir daha “qırmızı xətt”ləri xatırladılıb.

Türkiyənin PYD ilə bağlı narahatçılığını aradan qaldırmaq üçün ABŞ “Suriyanın Demokratik Qüvvələri” adlı birlik yaratdı. Bu, özəyini PYD-nin təşkil etdiyi strukturdur, ətrafında isə ərəblər və türkmənlər yer alıb.

2. İŞİD-lə mübarizə adı altında PYD-nin “Suriyanın Demokratik Qüvvələri” adlı birliyin tərkibində Suriyanın demoqrafik xəritəsini dəyişmək səyləri diqqəti cəlb edir. Ərəblər və türkmənlərin yaşadıqları kəndlər azad olunur, ora isə kürdlər yerləşdirilir.  Demoqrafik strukturunun dəyişdirilməsinin Suriyada danışıqlar prosesinin başlamasından əvvəl həyata keçirildiyi də diqqət çəkir.

Kəndlər və rayonlar üzrə Ankara bunu sübut edir. Bu barədə şahidlərin ifadələri əsasında Amnesty International təşkilatı da məlumat yaymışdı. Bu yaşayış məntəqələri ABŞ generalına xəritədə göstərilib. Ona etnik strukturun dəyişdirilməsi ilə bağlı məlumatlar da təqdim edilib. İŞİD-lə mübarizə adı altında PYD-nin boşaltdığı və kürdlərin yerləşdirildiyi yaşayış məntəqələri ilə bağlı generala ətraflı məlumat verilib.

Suriyada nəsə qəribə işlər baş verir. Türkmənlər və ərəblər bir tərəfdən Suriya rejimi ilə mübarizə aparır, digər tərəfdən isə ABŞ-ın dəstəklədiyi PYD ilə vuruşur.

3. Dandorfla danışıqların üçüncü bəndi sərhədlərin təhlükəsizliyi ilə bağlı olub.

ABŞ bizdən Suriya ilə ilə sərhəddə 30 min əsgər yerləşdirməyimizi tələb edir. Və sərhəddən İŞİD yaraqlılarının buraxılmamasını istəyir. Biz sərhədlərimizin təhlükəsizliyini nəzərə alaraq onsuz da, yüksək təhlükəsizlik xətti yaratmışıq və sədd tikmişik.

Amma bu addımların davamlı effekt verməsi üçün Cerablus İŞİD-dən azad olmalıdır.  24 noyabrda Rusiya təyyarəsi vurulmamışdan əvvəl Cerablusda ABŞ və Türkiyənin rəhbərliyi ilə böyük əməliyyat keçirilməsi planlaşdırılmışdı. Bu əməliyyatn başlamasına bir neçə saat qalmış təyyarə ilə bağlı insident baş verdi. Maraqlıdır, bu təsadüfdürmi?

Təyyarə ilə bağlı insidentdən sonra biz yeni problemlərin yaranmaması üçün Suriyadakı əməliyyatlardan kənarda qalmışıq.

Amma İŞİD orada qalmaqda davam edir. ABŞ generalı ilə görüşdə bildirilib ki, “İŞİD yaraqlılarının sərhəddən keçməsinin qarşısının alınması üçün, onları Cerablusdan qovmaq zəruridir və bu regionda ərəblər və türkmənlər yerləşdirilməlidir. Bununla əlaqədar yalnız Suriya ilə sərhəddə deyil, sərhədyanı rayonlarda da tədbirlər görülməlidir. Bu zaman İŞİD yaraqlıları sərhədə yaxın gələ və onu keçə bilməyəcəklər. ABŞ-ın intensiv bombardımanları ilə İŞİD-i məhv etmək, və bu rayonlarda mötədil müxalifət yerləşdirmək olar”.

ABŞ generalının səfəri zamanı Ankara ən yüksək səviyyədə PYD-yə verilən dəstəyin səviyyəsindən narahatçılığını bildirmək imkanı əldə edib”.

Strateq.az