XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

06 May 2015 - 07:15

Kərəm Həsənovun səlahiyyəti genişləndi – Vəzifə davası qızışdı

kerem-hesenov.jpg

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidməti ilə Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi yaradılıb.
Strateq.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidməti Azərbaycanda daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi isə torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkilinin, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan qurumların da sayı artıb. Bu sıraya Təlim-Tədris Mərkəzi və Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi əlavə edilib. Yeni strukturların yaradılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi haqqında yeni Əsasnamə təsdiq edilib. Eyni zamanda Dövlət Komitəsinin aparatının və Komitənin strukturuna daxil olan qurumların işçilərinin say həddi 726 ştat vahidindən 851 ştat vahidinə çatdırılıb.
Başqa sözlə, Dövlət Komitəsinin aparatı işçilərinin say həddi 245 ştat vahidi, ərazi bölmələrinin işçilərinin say həddi 345 ştat vahidi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti aparatının işçilərinin say həddi 80 ştat vahidi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidməti aparatının işçilərinin say həddi 65 ştat vahidi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi aparatının işçilərinin say həddi 55 ştat vahidi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi aparatının işçilərinin say həddi 61 ştat vahidi müəyyən edilib.
Strateq.az-ın əldə etdiyi məlumata görə, yeni agentlliyin yaradıllması gözlənilən olub. Hətta bununla bağlı ötən həftə Strateq.az xəbər yayaraq, bildirmişdi ki, komitənin daxilində yaranacaq yeni quruma rəhbərlik uğrunda ciddi iddialılar mübarizə aparır. Məlumata görə, hələlik bu posta ən şanslı namizədin fevral ayının 5-də ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin sabiq rəisi Natiq Məlikovun olduğu bildirilir. Ancaq Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənovun Natiq Məlikova deyil, komitədə etibarlı adamlarından birinə “stavka” etdiyi bildirilir. İddiaya görə, komitə sədri Kərəm Həsənov Qərib Məmmədovun kadrı olan Natiq Məlikovla işləməyə tərəddüt edir:
“Əlbəttə, son qərar prezident İlham Əliyevin olacaq. çünki yeni agentliyə rəhbər təyinatını Kərəm Həsənov deyil, prezident həyata keçirəcək”.
Strateq.az