XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

10 Yanvar 2016 - 16:21

Tanınmış iqtisadçı: [color=red]”81 yaşlı baş nazir, 76 yaşlı baş nazirin müavini ilə islahat aparmaq olarmı?”

qubad-2.jpg

Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. 

Tanınmış iqtisadçı Qubad İbadoğlu iclasla bağlı Feysbuk-da öz fikirlərini bölüşüb.

Strateq.az iqtisadçının fikirini olduğu kimi təqdim edir:

"İclasda əsas müzakirə olunan məsələ manatın məzənnəsi (məsul orqan – Mərkəzi Bank), süni qiymət artımı (məsul orqan – İqtisadiyyat və Sənaye Nazirliyi), neftin qiyməti və gəlirlərin idarə olunması (məsul orqan – Dövlət Neft Fondu) olsa da, çıxış edənlər Maliyyə naziri, Kənd Təsərrüfatı naziri, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri olub. 

Mənim çıxış edənlərə etirazım yoxdur, sadəcə, çıxışçıların hansı əsasla müəyyənləşdirilməsi maraq doğurur. Nədən bu iclaslarda bir dəfə də olsun Baş nazir kürsüsündə oturan Artur Rəsizadə və Baş nazirin müavini vəzifəsini daşıyan Abid Şərifov çıxış etmirlər? 

Sizcə, 20 ildən çox ölkə hökümətinə başçılıq edən, müşavirələrdə yuxarı başda əyləşən 81 yaşlı Baş nazir və 76 yaşlı Baş nazirin müavini ilə Azərbaycan iqtisadiyyatında islahat aparmaq olarmı?"