XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 05:12

Putindən Qərbi qamçılayan açıqlamalar: [color=red] “Mən nə dost, nə gəlin, nə bəyəm – mən Rusiya Federasiyasının prezidentiyəm!”

Putin-Bild.jpg

Rusiya prezidenti Vladimir Putin Almaniyanın məhşur "Bild" qəzetinə müsahibəsində maraqlı açıqlamalar verib.

O, NATO-nun hökmranlıq etmək cəhdlərinin Avropadakı böhrana təsir etdiyini bildirib, Qərbin sanksiyalarını “axmaq addım” adlandırıb, Rusiya iqtisadiyyatının 2017-ci ildə dirçələcəyini proqnozlaşdırıb. Hətta 2007-ci ildə onun laborador cinsindən olan "Koni" adlı itinin Almaniya kansleri Angela Merkeli qorxutması hadisəsini də şərh edib.

Putinin sözlərinə görə, əgər NATO genişlənməyə çalışmasaydı və hökmranlıq etməyə səy göstərməsəydi, Avropadakı böhranlar belə kəskin xarakter almazdl: “Əgər qocaman, ağıllı alman Eqon Bar dediyi kimi etsəydilər, Avropanı birləşdirən hər hansı bir yeni  nəsə yaradardılar və bu böhranlar da olmazdı. Başqa vəziyyət olardı, başqa problemlər olardı. Bəlkə də bu problemlər belə kəskin xarakter almazdı. Başa düşürsünüzmü?”.

Şərqi Avropa ölkələrinin NATO-ya üzvlüyü ilə bağlı sualı cavablandıran Putin əminliyini ifadə edib ki, Alyans  vaxtında bu region ölkələrinə “yox” deməklə də keçinə bilərdi: “Məgər Nizamnamədə yazılıb ki, NATO üzv olmaq istəyən hər kəsi qəbul etmək məcburiyyətindədirlər? Yox. Meyarlar, şərait lazımdı. Əgər siyasi iradə olsaydı, istəsəydilər, hər şey edərdilər. Sadəcə istəmədilər. Hökmranlıq etmək istədilər. Bu taxta əyləşdilər. Bəs, bundan sonra necə olacaq? İndi biz böhran vəziyyətlərini müzakirə edirik”.

Müsahibəsində Rusiya prezidenti ölkəsinə qarşı Qərb ölkələrinin Krımın Rusiyaya ədalətli birləşməsinə cavab olaraq sanksiyalar tətbiq etməsini “axmaq və ziyanlı addım” kimi qiymətləndirib: “Rusiya əhalisi çox gözəl hiss edir və ürəyi ilə başa düşür ki, nə baş verir. Napoleon bir dəfə demişdi ki, ədalətbu, Allahın yer üzündə təcəlisidir. Bax, Krımın Rusiyaya birləşməsi ədalətli qərardır”.

Onun fikrincə, Rusiyanın Qərb tərəfdaşlarının bu qərara reaksiyası səhv idi və Ukraynanın dəstəklənməsinə yox, Rusiyanın imkanlarının genişlənməsinin qarşısını almağa yönəlib.

Putin bildirib ki, bu sanksiyalar Rusiya iqtisadiyyatına müəyyən məhdudiyyətlər gətirir, xüsusən Qərb bazarlarına çıxışı məhdudlaşdırıb: “Bunlar neqativ faktorlardır, amma nə qədər qəribə də olsa, müsbət tərəfləri də var. Neftin qiyməti yüksək olanda, neft gəlirlərindən cari xərclər üçün istifadə etməkdən çəkinə bilmirik. Mənim fikrimcə,  bizdə neft-qaz defsiti təhlükəli həddə qədər artıb. İndi biz bunu aşağı salmağa məcburuq. Bu isə sağlamlaşdırır”.

Putin qeyd edib ki, Rusiya beynəlxalq hüquq normalarının vahid qaydada başa düşülməsi şərti ilə Avropa İttifaqı ilə kompomis axtarmağa hazırdır. O əlavə edib ki, Rusiyanın milli maraqlarının müdafiəsi onun üçün əsas vəzifə olaraq qalır: “Məndən soruşdunuz – Siz dostsunuz, yoxsa düşmən? Dövlətlərarası münasibətlər, insanlararası münasibətlərdən bir az fərqli  qurulur. Mən nə dostam, nə gəlinəm, nə bəyəm – mən Rusiya Federasiyasının prezidentiyəm. 146 milyon nəfər – bu insanların öz maraqları var və mən onların keşiyində durmalıyam”.

Onun sözlərinə görə, ölkələr arasında konstruktiv münasibətlər üçün tərəflər bir-birinə hörmət etməli, hər dəfə, kimlərəsə lazım olanda oyun qaydalarını dəyişməməlidirlər.

İkili standartlardan danışan Putin Kosovonun müstəqilliyinin tanınması  və Krımın Rusiyaya biləşdirilməsini müqayisə edib. Onun sözlərinə görə, Kosovo məsələsində BMT-nin Beynəlxalq Məhkəməsinin qərarına görə, suverenlik məsələsinin həllində mərkəzi hakimiyyətin fikrini nəzərə almamaq olar.

Putin bildirib ki, Kosovo müstəqilliyini bəyan etdi və onu bütün dünya tanıdı. Heç referendum keçirilmədi. Parlamentin qərarı ilə bu edildi. Krımda isə legitim parlament referendum təyin etdi, vətəndaşlar isə Rusiya ilə bilərşməyə səs verdilər: “Biz nə etdik? Biz heç kimlə vuruşmadıq, heç kimi işğal etmədik. Heç yerdə atəş açmadıq. Krımdakı hadisələr zamanı bir nəfər də həlak olmadı. Bir nəfər olsun belə! Biz silahlı qüvvələrimizi orada yerləşən 20 minlik Ukrayna hərbi qulluqçusunun vətəndaşların öz iradələrini sərbəst bəyan etməsinə əngəl olmasının qarşısını almaq üçün istifadə etdik. İnsanlar referenduma gəldilər və səs verdilər. Onlar Rusiyanın tərkibində qalmaq istədilər”.

Rusiya prezidenti bilirib ki, Rusiya iqtisadiyyatının 3.8% geriləməsinə baxamayaraq, tədricən iqtisadi inkişafın bərpa olunacağına əmindirlər. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının kifayət qədər ehtiyatları var. Mərkəzi Bankın 340 milyard dollar qızıl-valyuta ehtiyatı var. Hökumətin isə, hərəsi 70-80 milyard dollarlıq iki ehtiyat fondu var.

Prezident Putin bir neçə il əvvəl iti "Koni"nin  Alaman-Rus danışıqları aparıldığı otağa girən zaman Almaniya kansleri Angela Merkelin itlərədn qorxduğunu bilmədiyini açıqlayıb. 2007-ci ildə Soçidə Merkel-Putin danışıqları gedən zaman "Koni" otağa daxil olaraq Almaniya kanslerini qorxutmuşdu. Bir çox Qərb KİV-i Putinin bunu qəsdən etdiyini yazmışdı.

Putinin sözlərinə görə, o, qətiyyən Merkelin itdən qorxuduğunu bilmirmiş, sadəcə "Koni"ni göstərərək kansleri sevindirmək istəyib. Sonra isə A.Merkelden üzr istəyib…

Strateq.az