XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 11:12

Mikayıl Cabbarovdan kadr dəyişikliyi: [color=red]General oğlunun vəzifəsi artırıldı

naqiyev-2.jpg

Azərbaycan Təhsil Nazirliyində (TN) kadr dəyişikliyi aparılıb.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov vəzifədən azad edilib. O, TN-nin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib. TN-nin İnsan resursları şöbəsinə isə həmin şöbənin müdir müavini İlham Nağıyev təyin edilib.

Xatırladaq ki, İlham Nağıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini, general Əli Nağıyevin oğludur.

Bununla yanaşı, TN-də bəzi şöbələrin, sektorların adları dəyişdirilib, ilk peşə ixtisası təhsili ayrı sektor kimi yaradılıb.

TN-nin KİV və QHT-lərlə iş sektorunun yeni adı İctimiayyətlə əlaqələr sektoru olub.