Rusiya yaxın bir neçə həftə ərzində “Cənub axını” qaz kəmərinin tikintisini bərpa etməyə hazırlaşır.
Strateq.az Bolqarıstanın “Standart” agentliynə istinadən bildirir ki, bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov öz yaxın ətrafına açıqlama verib. Bolqar siyasətçi buna çox şad olduğunu gizlətməyib.
KİV-lər baş nazirin dediklərini açıqlayıblar: “İndi hamı görəcək ki, Ərdoğan yaxşıdır, yoxsa Boyko?”
Bununla bağlı rəsmi informasiya hələ ki, təsdiq olunmayıb. “Cənub axını” qaz kəmərinin tikintisinə 2012-ci ilin dekabrında başlanıb. 2014-cü ildə isə Putin layihənin bağlandığını elan edib. Rusiya prezidenti o zaman bildirmişdi ki, Moskva hazırkı şərtlər çərçivəsində və “Avropa İttifaqının qeyri- konstruktiv mövqeyi” üzündən layihənin reallaşdırılmasına davam etdirə bilməz.
“Cənub axını” rus qazını Qara dənizin dibi ilə Bolqarıstandan keçməklə balkan ölkələrinə, həmçinin Macarıstana, Avstriyaya və İtaliyaya çatdırmalı idi.