ABŞ-ın ən böyük banklarından olan “Morgan Stanley” dolların dəyərinin artmasının neftin qiymətinin 20-25 dollaradək ucuzlaşmasına səbəb olacağı qənaətindədir.
Azertag.az bloomberght.com-a istinadla xəbər verir ki, bankın analitikləri bazardakı təklif çoxluğunun neftin yalnız 60 dollar/barrel səviyyəsinədək ucuzlaşmasına təsir etdiyini, lakin 55-35 dollar arasında qiymət fərqinin isə dollardan asılı olduğunu bildiriblər.
Analitiklər 2015-ci ilin noyabrından bu vaxtadək neftin ucuzlaşmasına iqtisadi təsirin əsas hissəsinin dollardakı artımla əlaqəli olduğunu bildiriblər:
“Dolların dəyərinin 1 faizlik hərəkəti “Brent” neftinin 2 və ya 4 faiz hərəkətinə səbəb olur”.
Qeyd edək ki, “Brent” markalı neft son bir ildə 31 faiz ucuzlaşıb.