Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri üzrə Baş İdarəsi 5 şirkətin Təkirdağ bölgəsində neft axtarışı həyata keçirmək üçün icazə sənədinin verilməsi ilə bağlı müraciətini qəbul etməyib.
Həmin şirkətlər arasında “SOCAR Turkey Enerji A.Ş.”nin törəmə şirkəti olan “SOCAR Petrol Arama ve Üretim A.Ş.” də var.
Azertag.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin “Resmi Gazete”sində yer alıb.
Qeyd edək ki, keçən il avqustun 17-də Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri üzrə Baş İdarəsi “SOCAR Turkey Enerji A.Ş.”yə beş il müddətində Qaziantep, Kahramanmaraş, Diyarbəkir, Adıyaman, Batman, Muş, Mardin və Şırnakda neft axtarışı həyata keçirməsi üçün icazə sənədi verib.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir.